İraqda antiterror əməliyyatı - 13 Türkiyə vətəndaşı şəhid oldu

14 Fevral 2021 11:40

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Gara bölgəsində davam edən "Pençe Kartal-2" antiterror əməliyyatı nəticəsində 48 terrorçu zərəsizləşdirilib, 2-si isə sağ ələ keçirilib.  

"Qafqazinfo" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, PKK-nın törətdiyi terror aktı nəticəsində Türkiyənin 13 mülki vətəndaşı şəhid olub.

Milli.Az