Çavuşoğlu “Mozart” gəmisinin heyət üzvlərini qarşıladı - VİDEO - FOTO

14 Fevral 2021 11:59

Nigeriyada dəniz quldurlarının əlindən xilas edilən "Mozart" gəmisinin 15 nəfərlik türkiyəli heyəti "Türk Hava Yolları" aviaşirkətinə məxsus təyyarə ilə İstanbula gətirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gəmiçiləri İstanbul hava limanında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onların ailə üzvləri qarşılayıblar.

Xatırladaq ki, Qvineya körfəzində "Mozart" konteyner gəmisinə hücum zamanı gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfər Türkiyə vətəndaşını isə qaçırmışdı.

Milli.Az