Koronavirus peyvəndi ilk dəfə uşaqlar üzərində sınanacaq

14 Fevral 2021 11:53

Britaniya-İsveç şirkəti "AstraZeneca" və Oxford Universitetinin koronavirus peyvəndi ilk dəfə 6-17 yaş arası uşaqlar üzərində sınaqdan keçiriləcək. 

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Reuters" xəbər yayıb.

Testlərin dərmanın effektivliyinin təyin olunmasına kömək edəcəyi bildirilir.

Təcrübədə 300 könüllü iştirak edəcək. İlk peyvəndlərin fevral ayında vurulacağı ehtimal olunur.

Milli.Az