Zəhərlənən 23 yaşlı oğlan xəstəxanada öldü

14 Fevral 2021 11:33

İmişli rayonunda zəhərlənən şəxs reanimasiya şöbəsində dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, sirkə turşusundan zəhərlənən İmişli rayonun Qaradonlu kənd sakini, 1998-ci il təvəllüdlü Mehdizadə Vahib Abdulhüseyn oğlu xəstəxanada ölüb.

Qeyd edək ki, 23 yaşlı gənc qida borusunun və mədənin kimyəvi yanığı diaqnozu ilə ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Milli.Az