Əfqanıstan-İran sərhədində onlarla yanacaq daşıyan maşın yandı

14 Fevral 2021 10:54

Əfqanıstan-İran sərhədində, Herat vilayətinin ərazisində baş verən partlayış nəticəsində onlarla yanacaq daşıyan avtomobil yanıb.

ISNA-nın məlumatına görə, yanğın nəticəsində onlarla şəxsin xəsarət aldığı bildirilir.

Herat vilayətinin qubernatoru yanğının söndürülməsində kömək üçün İran tərəfinə müraciət edib. (Baku.tv)

Milli.Az