Magistralda 32 maşın toqquşdu

14 Fevral 2021 10:41

Güclü qar yağması səbəbindən yaranmış çətin hava şəraitində Rusiyanın Simferopol bölgəsində Ukrayna-Simferopol-Aluşta-Yalta magistral yolunda zəncirvari qəza baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, axşam saatlarında qeydə alınan hadisə nəticəsində 32 avtomobil toqquşub.

Yol qəzasında xəsarət alanların olmadığı bildirilib.

Qeyd edək ki, sözügedən bölgədə qarın qalınlığı, təxminən 30 santimetrdir.

Milli.Az