Kuzbasda mədən çökdü: 92 nəfər xilas edildi, 1 nəfər öldü

14 Fevral 2021 09:56

Rusiyanın Kuzbas bölgəsinin Novokuznetsk şəhərində yerləşən mədən çöküb, 98 nəfər dağıntı altında qalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə mədəndə qayanın çökməsi nəticəsində baş verib.

Əraziyə 24 xilasedici, 5 texnika cəlb olunub. Xilasedicilər 92 nəfəri səthə çıxarıb. Beş nəfər bərpa işlərini təmin etmək üçün mədəndə qalıb. Bir nəfərin öldüyü bildirilir.

Milli.Az