Qazaxda gözətçi köşkü yanıb

13 Fevral 2021 23:32

Qazax rayonunun Hüseynbəyli kəndində ümumi sahəsi 12 m² olan dəmir konstruksiyadan ibarət gözətçi köşkünün yanar konstruksiyaları və içərisində 1 ədəd çarpayı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı üzüm tənəkləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az