Türkiyədə COVID-19 üzrə son statistika açıqlanıb

13 Fevral 2021 21:54

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 93 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 7 706 nəfər  COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 215, ağır xəstələr isə 1 235 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 579 896 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb,  onlardan 2 468 419 nəfər sağalıb, 27 377 nəfər isə vəfat edib.

Milli.Az