Azərbaycan para-atleti bürünc medal qazanıb

13 Fevral 2021 21:12

Azərbaycan para-atleti Oloxan Musayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Dubai 2021 World Para Athletics" Qran-Prisində bürünc medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Milli.Az-a verilən məlumata görə, Oloxan Musayev bu uğura F56 kateqoriyasında nüvə itələmə növündə 10.65 m nəticə göstətərək imza atıb.

Milli.Az