Rusiya Qara dəniz donanması ilə bağlı razılaşmanı ratifikasiya etdi

27 Aprel 2010 13:37
Milli.Az xəbər portalının gazeta.ru saytına istinadən verdiyi məlumata görə, Dumanın bu iclası "Rossiya 24" telekanalı ilə canlı yayımlanıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya və Ukrayna prezidentləri Dmitri Medvedev və Viktor Yanukoviç arasında əldə edilmiş yeni razılaşma Qara dəniz donanmasının 2042-ci ilədək Ukrayna ərazisində qalmasını nəzərdə tutur. Parlamentin iclasında iştirak edən 439 deputatdan 410-u razılaşmanın lehinə səs verib.

Elə bun gün Ukrayna parlamenti də razılaşmanı ratifikasiya edib.

Milli.Az