Rusiya klubunun matçında qalmaqal

13 Fevral 2021 18:23

"Krılya Sovetov" (Rusiya) - "Borats" (Bosniya) arasında keçirilən yoxlama matçında qalmaqal yaşanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Antalyada təşkil olunmuş matçın 89-cu dəqiqəsində Samara klubunun futbolçusu rəqibini itələyib.  Bu hərəkət insidentə səbəb olub.

Qeyd edək ki, sözügedən matç "Krılya Sovetov"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az