"Microsoft" da "Yahoo!"nu keçdi

19 Yanvar 2012 16:47
Milli.Az "Gizmodo"ya istinadən bildirir ki, 2011-ci ilin son ayında amerikalılar internetdəki axtarış sistemlərinə 18,2 milyard sorğu ediblər. Bu isə noyabr ayı ilə müqayisədə 2 faiz çoxdur.
12 milyard sorğu almış "Google" şəksiz liderdir və internet axtarış bazarının 65,9 faizinə nəzarət edir.

"comScore"un ABŞ bazarı ilə bağlı statistika topladığı vaxtlar ərzində ilk dəfə olaraq "Microsoft" şirkəti ən iri axtarış sistemləri sırasına qatıla bilib. Korporasiyanın "Bing" axtarış sistemi 2,8 milyard sorğu alıb.
"Yahoo!" isə indi bazarın 14,5 faizinə nəzarət edir. Əvvəllər bu rəqəm 16 faiz idi.

Milli.Az