Salyanda mağaza yanıb

13 Fevral 2021 11:45

Salyan rayonunda ümumi sahəsi 875 kv.m olan ərzaq mağazasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mağazanın alkapondan ibarət tavanı və içərisində mallar 30 kv.m sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az