Böyük iflas: "Kodak" da çökdü

19 Yanvar 2012 15:52
Korporasiya ABŞ-ın "İflas Məcəlləsi"nin 11-ci maddəsinə uyğun olaraq, dövlət müdafiəsi almaq və kreditorlardan qorunmaq üçün məhkəməyə müraciət edib.

Milli.Az "The Wall Street Journal"a istinadən bildirir ki, şirkət biznesini qorumaq və uçurumdan çıxmaq üçün "Citigroup"dan 18 ay müddətinə 950 milyon dollar kredit alıb.

Şirkətin direktorlar şurasının sədri Antonio Peres iflasın müvəqqəti olduğunu deyir: "Bu vasitə ilə şirkəti qorumaq və sonradan gəlirli fəaliyyətə qayıtmaq fikrimiz var".

"Kodak" borclarını ödəmək üçün 1100 məhsulu ilə bağlı patentləri satacaq.

Son illər itkilərlə işləyən "Kodak"ın səhmləri 92 faiz ucuzlaşıb.

Milli.Az