İmişli sakini sirkə turşusundan zəhərlənib

13 Fevral 2021 08:08

İmişli rayonunda zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Qaradonlu kənd sakini, 1998-ci il təvəllüdlü Mehdizadə Vahib Abdulhüseyn oğlu sirkə turşusu içib.

Ağır vəziyyətdə olan 23 yaşlı gənc qida borusunun və mədənin kimyəvi yanığı diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az