Üzü nəmləndirən maska

13 Fevral 2021 16:30

Qış aylarında dəri daha çox quruyur. Bu mövsümdə üzə qulluq etmək daha vacibdir.

Milli.Az axşam.az-a istinadən dəridə nəmləndirəcək maska reseptini təqdim edir.

Bir çay qaşığı püre halına salınmış avokado, 1 çay qaşığı qaymaq və E vitaminini qarışdıraraq krem halına salın. Məhlulu 20 dəqiqə üzünüzdə saxlayıb, gül suyu ilə üzünüzü təmizləyin.

Milli.Az