Suriyada daha 3 PKK terrorçusu məhv edildi - VİDEO

12 Fevral 2021 19:54

Suriyanın şimalında PKK terror təşkilatının daha 3 üzvü məhv edilib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində məlumat verilib.

Bildirilib ki, Suriyanın şimalında "Barış Pınarı" əməliyyatının keçirildiyi bölgədə təxribat törətməyə və sızmağa cəhd göstərən 3 PKK terrorçusu zərərsizləşdirilib.

Milli.Az