Danimarka polisi terror aktları planlaşdıran 13 nəfəri həbs edib

12 Fevral 2021 18:12

Danimarka polisi terror aktları planlaşdıran 13 nəfəri həbs edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Danimarka polisi məlumat yayıb.

Bildirilib ki, bu şəxslər Danimarka və Almaniyada terror aktları törətmək üçün odlu silahlar və partlayıcı maddə hazırlayarkən istifadə olunan vasitələri əldə edib.

Qeyd olunub ki, əməliyyat ötən həftə keçirilib.

Milli.Az