Bakıda daha bir yol qəzası tıxac yaratdı

12 Fevral 2021 15:01

Bakıda daha bir yol qəzası baş verib.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, hadisə paytaxtın Q.Qarayev prospekti Dakar dairəsində, Q.Qarayev metrostansiyası istiqamətində qeydə alınıb. Həmin istiqamətdə nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Milli.Az