"Oskar" mükafatları bir neçə məkanda təqdim olunacaq

12 Fevral 2021 23:12

"Oskar" mükafatlarının təqdimetmə mərasimi koronavirusun pandemiyası səbəbindən eyni zamanda bir neçə məkanda keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Amerika Kino Sənəti Akademiyasının nümayəndəsi "Reuters" agentliyinə müsahibəsində deyib.

O bildirib ki, aprelin 25-də keçirilməsi planlaşdırılan tədbirlə bağlı yaxın zamanlarda daha ətraflı məlumat veriləcək.

Qeyd edək ki, mərasimin aparıcısı hələ ki, elan olunmayıb. (publika.az)

Milli.Az