Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri vəzifəsindən geri çağırıldı

12 Fevral 2021 13:19

Prezident İlham Əliyev R.Ş.Rzayevin Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Milli.Az