Ermənistanda COVID-19-dan ölənlərin sayı 3138 nəfərə çatıb

12 Fevral 2021 13:13

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 154 yoluxma halı qeydə alınıb, 3 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 168 830 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 3138 nəfərə çatıb.

Ermənistanda 160 838 nəfər xəstəlikdən sağalıb.

Milli.Az