Polis əməkdaşları da peyvənd olunur - Trend TV-nin reportajı - VİDEO - FOTO

12 Fevral 2021 13:07

Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gündən etibarən hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq.

Polis əməkdaşlarının peyvəndlənməsi DİN-in Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında həyata keçirilir.

Qeyd edək ki, yanvarın 18-dən tibb işçiləri, fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslər vaksinasiyaya cəlb olunub.

Milli.Az