Heydər Əliyev Adına Ali Hərbi Məktəbin əsas fəaliyyəti, məqsədi Azərbaycan Ordusu üçün peşəkar, liderlik, idarəetmə qabiliyyətinə malik olan zabit kadrlarının yetişdirilməsidir.
Milli.Az Real TV-yə istinadən bildirir ki, bunu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Füzuli Salahov deyib.
Onun sözlərinə görə, hərbi məktəbdə 21 kafedra və 4 fakültə var. Bu kafedra və fakültələrdə 23 ixtisas üzrə zabitlər hazırlanır.
General-mayor qeyd edib ki, Ali Hərbi Məktəbin İkinci Vətən Müharibəsində 600-dən çox hərbi qulluqçusu iştirak edib.
Ali Hərbi Məktəbin rəisi vurğulayıb ki, hərbi məktəbdə azərbaycanlı kursantlarla yanaşı xarici vətəndaşlığı olan zabitlər də təhsil alır.
Qeyd edək ki, general-mayor bildirib ki, bu da məktəbin potensialını, təhsil ocağındakı mövcud şəraitin yaxşı olmasının göstəricisidir.
Milli.Az