Avropa İttifaqı iqtisadi artımla bağlı proqnozunu endirib

12 Fevral 2021 20:40

Avropa İttifaqı iqtisadi artımla bağlı proqnozunu aşağı salıb.

Milli.Az bildirir ki, AZƏRTAC Avropa Komissiyasına istinadla xəbər verir ki, 2021-ci il üzrə artım proqnozu 4,2 faizdən 3,8 faizə endirilib. 2022-ci il üzrə proqnoz isə 3 faizdən 3,8 faizə yüksəldilib.

Avrozonada 2021-ci ildə inflyasiyanın 1,4 faiz, 2022-ci ildə isə 1,3 faiz olacağı gözlənilir.

Milli.Az