NASA: "Təhlükəli asteroid Yerə doğru hərəkət edir"

12 Fevral 2021 12:18

NASA 231937 (2001 FO32) adlı asteroidin Yer kürəsinə doğru hərəkət etdiyini açıqlayıb.

Milli.Az "Daily Mail"ə istinadən xəbər verir ki, potensial baxımdan təhlükəli hesab edilən asteroid 2001-ci ildə kəşf edilib.

Diametri 0,8-1,7 kilometr, sürəti isə 77 000 mil (124 000 km/saat) olan asteroid Qrinviç meridianı üzrə 21 mart 2021-ci ildə Yerə maksimal yaxın - təxminən iki milyon kilometr məsafədən keçəcək.

Milli.Az