Vilayət Eyvazovdan yeni TƏYİNAT: rəis müavini rəis oldu

12 Fevral 2021 10:06

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsininin rəis müavini polis polkovnik-leytenantı Çingiz Aslanov Balakən Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Milli.Az