Çində koronavirusla bağlı son vəziyyət

12 Fevral 2021 09:11

Çində son sutka ərzində 12 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "worldometers.info"da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 748-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 84 292 xəstə sağalıb.

Ölkədə 820 aktiv koronavirus xəstəsi var ki, onlardan da 12-nin vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az