İspaniya kuboku: "Levante" ilk yarı finalda "Atletik Bilbao" ile heç-heçə edib

12 Fevral 2021 07:44

"Levante" futbol klubu İspaniya Kubokunun ilk yarı finalında "Atletik Bilbao" ilə 1-1 hesablı heç-heçə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Levante"də qolu Qonsalo Menero vurdu (26-cı dəqiqə).

Meydan sahiblərinin heyətində qolu İnyiqo Martines vurub. (58).

"Levante" 10 görüş ərzində bütün turnirlərdə məğlub olmayıb. Valensiya klubu, "Atletik Bilbao"ya qarşı dörd oyun ardıcıl məğlubiyyət seriyasını dayandırıb.

Milli.Az