Bakıda 15 yaşlı yeniyetmə bıçaqlandı

11 Fevral 2021 20:51

Bakının Nərimanov rayonunda parkda bir nəfər bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə metronun Nəriman Nərimanov stansiyasının yaxınlığındakı parkda baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Hüseynov Rüfət İslam oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Milli.Az