Türkiyəli aktrisa xərçəngdən vəfat etdi

11 Fevral 2021 18:03

Türkiyəli aktrisa Nur İncegül dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Nur uzun müddətdir ağciyər xərçəngindən əziyyət çəkib. Onkoloji xəstəliyə qalib gələ bilməyən İncegül 77 yaşında həyatını itirib.

Aktrisanın vəfatı haqda qızı Birtanem Candaner sosial şəbəkə hesabında məlumat verib. O, xeyli müalicədən sonra anasını xərçəngdən itirdiyini yazıb.

Milli.Az