"Azərbaycandan aldığım təklif qeyri-ciddi idi"

11 Fevral 2021 18:49

Ukrayna "Dinamo"sunun futbolçusu Kleyton ötən il Azərbaycan klublarının birindən təklif alıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə braziliyalı hücumçu ölkəsinin mətbuatına müsahibəsində deyib. O bildirib ki, ötən il bir çox ölkələrlə yanaşı, Azərbaycanda da oynamaq imkanı olub: "Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Yaponiya, Cənubi Koreya və ABŞ-dan çoxlu variant təklif olunmuşdu. Amma hamısı qeyri-ciddi idi".

25 yaşlı oyunçu yüksək səviyyədə futbol oynamağa davam etmək istədiyi üçün Kiyev təmsilçisini seçdiyini bildirib.

Qeyd edək ki, Kleyton ötən il "Atletiko Mineyro"dan "Dinamo"ya keçib.

Milli.Az