Azərbaycan hərbi dənizçiləri “AMAN-21” təlimlərində iştirak edirlər

11 Fevral 2021 16:04

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri Pakistan İslam Respublikasının Kəraçi şəhərində və Ərəb Dənizi sektorunda keçirilən "AMAN-21" çoxmillətli Hərbi Dəniz Qüvvələri təlimində müşahidəçi qismində iştirak edirlər.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 30-dan çox ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər fevralın 16-dək davam edəcək.

Milli.Az