"Son vaxtlar pandemiya ilə əlaqədar uşaqlara vurulan peyvəndlərlə bağlı poliklinikalara müraciət azalıb".
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov "Məktəblərdə COVID-19" mövzusunda canlı yayımda çıxışında deyib.
O bildirib ki, əsas diqqət COVID-ə yönəldiyinə görə uşaqların bir sıra planlı peyvəndləri gecikə bilər: "Amma bu peyvəndlər mütləq olunmalıdır. Peyvənd olmadıqda qızılca, məxmərək kimi xəstəliklər alovlana bilir".
Milli.Az