Türkiyə ABŞ-ı ölkənin daxili işlərinə qarışmamağa çağırdı

11 Fevral 2021 18:09

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ABŞ-ı ölkənin daxili işlərinə qarışmamağa və Türkiyə məhkəmələrinin qərarlarını müzakirə etməməyə çağırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Biz ABŞ Dövlət Departamentinin Osman Kavalanın (insan haqları müdafiəçisi.red) sərbəst buraxılması tələbinə cavab vermişik. Türkiyə hüquqi dövlətdir. Heç bir dövlət Türkiyə məhkəmələrinə əmr verə bilməz", - deyə Türkiyə XİN-nin sözçüsü deyib.

Milli.Az