Malidə silahlılar BMT sülhməramlılarına hücum edib, yaralılar var

11 Fevral 2021 16:33

Malidə silahlılar Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlılarının yerləşdiyi hərbi bazalara hücum edib.

Milli.Az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Malidəki missiyasının mətbuat katibi Olivier Salqado məlumat verib.

Bildirilir ki, ölkənin Sahel vilayətində yerləşən bazalarına hücum zamanı 20-yə yaxın sülhməramlı yaralanıb.

Hücuma görə kimin məsuliyyət daşıdığı barədə məlumat verilməyib.

Qeyd edək ki, 2012-ci ildə Malidə ekstermistlərin qiyamından sonra BMT bu ölkəyə 13000 nəfərdən ibarət sülhməramlı kontingent yerləşdirib.

Milli.Az