Keyn Bobbini də geridə qoydu

11 Fevral 2021 18:29

"Tottenhem"in futbolçusu Harri Keyn üçün İngiltərə kubokunun 1/8 finalında "Everton"la matç (4:5) əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sözügedən görüşdə bir dəfə fərqlənən ingilis hücumçu London təmsilçisində vurduğu qolların sayını 209-a yüksəldib. Bununla da o, Bobbi Smiti (208) qol geridə qoyaraq klub tarixinin ən yaxşı 2-ci bombardiri olub. 27 yaşlı futbolçu bu qədər qolu 318 qarşılaşmada vurub.

Qeyd edək ki, "Tottenhem" tarixinin ən yaxşı bombardiri 266 qolla Cimmi Qrivsdir.

Milli.Az