Ermənistanda COVID-19-dan ölənlərin sayı 3135 nəfərə çatıb

11 Fevral 2021 14:12

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 180 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 168 876 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 3135 nəfərə çatıb.

Ermənistanda 160 670 nəfər xəstəlikdən sağalıb.

Milli.Az