Paytaxtda qorxunc görüntü: çay qıpqırmızı axır - FOTO

12 Fevral 2021 21:30

Türkiyənin paytaxtı Ankaradakı çay qırmızı rəngə boyanıb.

Milli.Az xəbər verir ki, Sakarya çayının bir qolu olan Ankara çayının birdən-birə rəngini dəyişməsi əhalidə təşviş yaradıb.

Ətraf Mühit və İnfrastruktur Nazirliyi və Ankara Su və Kanalizasiya İdarəsi sudan nümunə götürərək araşdırmalara başlayıb. (publika.az)

Milli.Az