Nissan yenilənmiş Frontier modelinin yeni tizerini dərc edib - VİDEO

7 Mart 2021 20:01

Nissan, yeni nəsil Frontier modelinin detallarını nümayiş etdirən qısa videotizeri yayımlayıb. Altı saniyəlik videoda pikapın təqdimat tarixi də açıqlanıb. Bizim bazarda Navara kimi tanınan pikapın yeni nəsli 4 fevral tarixində yeni Pathfinder ilə birlikdə debüt edəcəkdir.

Videoda Nissan Frontier modelinin səhrada hərəkət edən Pro-4X-in off-road versiyası nümayiş olunur. Avtomobil xrom işləmələrindən məhrum edilmiş və iri Frontier yazısı olan radiator barmaqlığı, daha geometrik ön fənərləri və yeni arxa işıqları alacaqdır. Pikapın salonunda fərqli ön panel və genişləndirilmiş ekrana sahib olan multimedia sistemi quraşdırılacaqdır.

Milli.Az