Toyota GR Yaris "sığır" testindən uğurla çıxıb - VİDEO - FOTO

21 Fevral 2021 19:01

İspaniyanın km.77 nəşrinin jurnalistləri Toyota GR Yaris modelinin manevr qabiliyyətini sınayıblar. "Bərkgedən" hetçbek, BMW, Mercedes-Benz və Porsche modellərini geridə qoyaraq "sığır" testindən uğurla çıxıb.

Avtomobillər üçün ən çətin sınaqlardan biri olan "sığır" testi, onların yüksək sürətdəki idarəolunma xüsusiyyətlərini yoxlamaq üçündür. Avtomobil yüksək sürətlərdə kəskin manevrlər edir və bu manevrləri konuslara toxunmadan həyata keçirməlidir. "Uğursuzluq" dedikdə, avtomobilin manevr edərkən sürüşməsi və ya xarici təkərlərə qalxması nəzərdə tutulur. Yaxşı nəticə dedikdə isə, avtomobilin bu sınağı ən azı 70 km/saat sürəti ilə keçməsi gərəkdir.

Toyota GR Yaris hetçbekinin sınaqları 77 km/saat həddilə başlanıb. İlk cəhd uğursuz olub: 264 at qüvvəli hetçbek sürücüsü avtomobilin ölçülərini hesablamayıb, nəticədə bir neçə konusu vurub. Lakin, artıq növbəti gedişdə "bərkgedən" hetçbek 80 km/saat sürətilə bütün konusları problemsiz keçib.

81 km/saat sürəti ilə həyata keçirilən üçüncü cəhd zamanı mütəxəssislər GR Yaris modelinin bir konusa toxunmasına baxmayaraq, hetçbek tərəfindən edilən manevrinin sərt olduğu və əksər avtomobillər, prinsipcə, belə sınağın öhdəsindən gələ bilməyəcəklərini eyd ediblər. Bunu, yapon hetçbekinin 83 km/saat sürəti ilə keçirilən final gedişi də təsdiqləyib.

"Sığır" testinin nəticələrinə görə mütəxəssislər Toyota GR Yaris hetçbekinin heyranedici manevr qabiliyyətinə malik olduğunu qeyd ediblər. "Bərkgedən" hetçbek, BMW 1 Series, Mercedes-AMG A 45 S, Volkswagen Golf və Porsche Taycan Turbo S modellərindən daha çox xal qazanıb.

Ötən ilin avqust ayında 77km.com nəşri yeni Toyota Supra GR kupesinin "sığır" testindən keçiriblər. İdman avtomobili 77 km/saat həddində həyata keçirilən kəskin manevrlərin öhdəsindən gəlib - lakin, üç cəhddən yalnız biri uğurlu olub.

Milli.Az