Zakir Həsənov Türkiyəyə gedib

11 Fevral 2021 10:31

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 11-də bu ölkəyə yola düşüb.

Milli.Az xəbər verir ki, general-polkovnik Z.Həsənov Türkiyənin Qars şəhərində keçirilən "Qış təlimi-2021"in yekun mərhələsini izləyəcək.

Milli.Az