Sarkisyan tərəfdarları ilə çadırda görüşdü

11 Fevral 2021 11:01

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan "Vətənin xilası hərəkatı" tərəfdarlarının Respublika meydanında qurduğu çadıra baş çəkib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Sarkisyan çadırda olan Respublika partiyasının üzvləri ilə görüşüb.

Qeyd edək ki,  "Vətənin xilası hərəkatı"nın təşəbbüsü ilə keçən ildən bəri Respublika meydanında çadır qurulub. Bu hərəkatda Ermənistanın 20-dək siyasi partiyası birləşib və onlar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Milli.Az