Vilayət Eyvazovdan yeni rəis təyinatı

11 Fevral 2021 10:11

Daxili İşlər Nazirliyində daha bir kadr təyinatı həyata keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Goranboy Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Seymur Əfəndiyev vəzifəsindən azad olunub.

O, Daşkəsən Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Milli.Az