Berrak öz markasını yaratdı

11 Fevral 2021 09:27

Türkiyəli aktrisa Berrak Tüzünataç öz markasını yaratdığını açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, gəzinti zamanı müxbirlərlə qarşılaşan aktrisa yeni işləri barədə danışıb:

"Markam üçün aksessuarlar hazırladım. Yazda da geyimlərlə bağlı bir şey edəcəyəm. Hazırda onların tanıtımını edirəm. Serial üçün ssenari yazıram. Onun dijital platformalarda yayımlanması üçün danışıqlar gedir".

Milli.Az