Xəzər dənizində zəlzələ olub

11 Fevral 2021 07:35

Fevralın 10-da Xəzər dənizində maqnitudası 3.3 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 23:48-də qeydə alınıb.

Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.

Milli.Az