Azərbaycan XİN rusiyalı diplomatları təbrik edib

10 Fevral 2021 18:02

Azərbaycan Xarici İşlər Nazirliyi rusiyalı diplomatları peşə bayramı münasibətilə təbrik edib.

Milli.Az xəbər verir ki, bu barədə qurumun "Twitter" hesabında paylaşım edilib.

Paylaşımda deyilir: "Rusiya Xarici İşlər Nazirliyindəki həmkarlarımızı Diplomatiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sizə möhkəm can sağlığı, əmin-amanlıq və davamlı peşəkar uğurlar diləyirik".

Milli.Az