Superliqa klubunda yeni baş məşqçi

10 Fevral 2021 21:00

Türkiyənin "Ankaragücü" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Superliqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Komandanı Hikmət Karaman çalışdıracaq. 61 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
 
Karaman son olaraq "Yeni Malatyaspor"un baş məşqçisi olub.
 
Qeyd edək ki, bu mövsüm Türkiyə Superliqasında keçirdiyi 22 turdan sonra 18 xal toplayan "Ankaragücü" turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.

Milli.Az