“10 ilə öləcəm” - Niyam Salami - VİDEO

10 Fevral 2021 18:44

ARB TV-nin "Xəbər Ətər" verlişinin növbəti qonağı müğənni Niyam Salami olub.

Milli.Az xəbər verir ki, Niyam Salami son zamanlar heç yalan danışmadığını deyib:

"6 ildir ki, yalan danışmıram. Məcburiyyətində də deyiləm. Hardasan soruşulanda filan yerdəyəm deyəndə belə, yalan danışmıram".

Daha sonra müğənni pesimist açıqlamalar verib:

"Sankt-Peterburqa getmək istəyirdim, çünki orada dostlar var. Moskvadan da çağırırlar ki, gözəl iş var, gəl pulunu qazan. Mən Bakısız qala bilmirəm. Hardasa 10 ilə öləcəm. Bilirəm ki, tez öləcəm. 4-cü virus gəlir, qıracaq bizi. Gör nələr danışırlar? Yalandan niyə deyim ki, hər şey yaxşı olacaq? Heç yaxşı olmayacaq, görərsiz...".

Milli.Az